...

Niderlandda tətilə görə qatarların hərəkəti iflic olub

Dünya xəbərləri Materials 30 Avqust 2022 17:50 (UTC +04:00)
Niderlandda tətilə görə qatarların hərəkəti iflic olub
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Niderlandın Utrext şəhərində dəmiryol işçilərinin tətili nəticəsində demək olar ki, bütün ölkə ərazisində qatarların hərəkəti iflic olub.

Trend-in məlumatına görə, əməkdaşlar əməkhaqlarının artırılmasını və iş şərtlərinin yaxşılaşdırılmasını tələb edir.

Utrext şəhəri Niderlandın başlıca dəmiryol qovşağı olduğu üçün tətil bütün ölkə ərazisinə təsir edib.

İstisna olaraq yalnız paytaxt Amsterdamdan Sxipxol hava limanına gedən dəmir yolu işini davam etdirib.

Həmkarlar ittifaqları tələblərin yerinə yetirilməyəcəyi təqdirdə digər tətillərin keçirilməsinin istisna olunmadığını deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti