...

Sudanda 110-dan çox insan daşqınların qurbanı olub

Dünya xəbərləri Materials 4 Sentyabr 2022 22:29 (UTC +04:00)
Sudanda 110-dan çox insan daşqınların qurbanı olub

Bakı. Trend:

Sudanda daşqınlar nəticəsində ölənlərin sayı 112 nəfərə çatıb.

Trend xəbər verir ki, bu barədə bazar günü yerli təhlükəsizlik xidmətinə istinadən "Al Jazeera" telekanalı məlumat yayıb.

Onun sözlərinə görə, təbii fəlakət 4000-dən çox yaşayış binasının da dağılmasına səbəb olub.

Al Hadath telekanalı daha əvvəl bildirmişdi ki, Sudanın paytaxtı Xartumdakı beynəlxalq hava limanı hava şəraiti ilə əlaqədar bazar günü səhər öz işini qismən dayandırmaq məcburiyyətində qalıb.

Ötən il daşqınlar 80 nəfərin həyatına son qoyub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti