...

ABŞ-ın qərbində ekstremal istilərlə əlaqədar xəbərdarlıq edilib

Dünya xəbərləri Materials 7 Sentyabr 2022 13:11 (UTC +04:00)
ABŞ-ın qərbində ekstremal istilərlə əlaqədar xəbərdarlıq edilib
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-ın təxminən 52 milyon əhalinin yaşadığı altı ştatında ekstremal istilərlə əlaqədar xəbərdarlıqlar edilib.

Trend-in məlumatına görə, ölkənin qərbində yerləşən Kaliforniya, Vaşinqton, Vayominq, Kolorado, Nevada və Yuta ştatlarında rekord səviyyədə istilər qeydə alınıb.

Bəzi şəhərlərdə temperaturun 47 dərəcəyədək çatdığı deyilir. Eyni zamanda, şiddətli istilər meşə yağınlarının artmasına yola açır.

Hazırda ABŞ ərazisində 53 iri meşə yanğını ilə mübarizə davam edir.

Bir sıra mütəxəssislər qeyd edir ki, ABŞ-da "ekstremal isti qurşağı" formalaşmağa başlayıb. 2053-cü ilədək bu bölgə 107 milyon əhalinin yaşadığı zonanı əhatə edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti