Bakı. Trend:
İraq parlamentinin sədri Məhəmməd əl-Halbusi vəzifəsindən istefa verib.
Trend-in məlumatına görə, bu barədə spiker özü elan edib.
O, parlamentə müraciət edərək yeni spikerin seçilməsi üçün sentyabrın 28-də səsvermənin keçirilməsini xahiş edib.
Qeyd edək ki, İraqda son bir neçə ay ərzində hökumət əleyhinə etiraz aksiyaları keçirilib.