...

Türkiyədə Misir kapitallı şirkətlərin sayı 240-ı keçib

Dünya xəbərləri Materials 28 Sentyabr 2022 14:19 (UTC +04:00)
Türkiyədə Misir kapitallı şirkətlərin sayı 240-ı keçib

Trend-i buradan izləyin

Bakı. Trend:

2022-ci ilin yanvar-avqust aylarında Türkiyədə Misir kapitalı ilə 243 şirkət qeydiyyata alınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 99 şirkət çoxdur.

Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) bildirilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Misir şirkətlərinin sayı ilə bərabər, onların ümumi kapitalıda artıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Misir şirkətlərinin məcmu kapitalı 106 milyon 372 min 508 türk lirəsi olduğu halda, 2021-ci ilin eyni dövründə bu rəqəm 36 milyon 631 min 650 türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2022-ci ilin yanvar-avqust aylarında Misir şirkətlərinin əksəriyyəti İstanbulda (216) qeydiyyata alınıb.

“İstanbulda qeydiyatdan keçən Misir şirkətlərinin ümumu kapitalı 97 milyon 107 min 508 türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər.

Qeyd olunub ki , 2022-ci ilin yanvar-avqust aylarında Türkiyədə Misir kapitalı ilə 9 topdan və pərakəndə, 11 ixracat və 18 istehsal şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti