...

Netanyahu xəstəxanaya yerləşdirilib

Dünya xəbərləri Materials 6 Oktyabr 2022 00:18 (UTC +04:00)

Bakı. Trend:

İsrailin keçmiş baş naziri, hazırda parlament müxalifətinin lideri Benyamin Netanyahu özünü pis hiss edib və xəstəxanaya yerləşdirilib.

Trend-in məlumatına görə, bu barədə "Kan" dövlət radiosu xəbər verib.

Məlumata əsasən, 72 yaşlı siyasətçi İyerusalimin ən böyük sinaqoqunda qeyd olunan və yəhudilərin bayramlarından biri olan Yom Kippur (“Qiyamət günü”) münasibətilə bayram namazı zamanı xəstələnib. Həkimlər onu yerində müayinə ediblər, bundan sonra B.Netanyahu daha ətraflı müayinə üçün xəstəxanaya göndərilib.

Qeyd edilib ki, Y.Netanyahunun ofisindən verilən məlumata görə, siyasətçi hazırda özünü yaxşı hiss edir və təkbaşına xəstəxanaya gedib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti