Bakı. Trend:
Tailandda uşaq bağçasına hücum nəticəsində ölənlərin sayı 36-ya çatıb.
Trend-in məlumatına görə, qurbanlardan 24-ü uşaqdır. 12 nəfər yaralı var. Cinayətkarın özünü öldürdüyü bildirilib.
xxx
12:08
Tailandın şimal-şərqindəki Nonq Bua Lamphu şəhərində məktəbəqədər uşaq mərkəzinə silahlı hücum olub.
Trend-in məlumatına görə, hücum nəticəsində azı 30 nəfər, o cümlədən azyaşlılar həlak olub.
Qeyd olunur ki, naməlum şəxs həm odlu silahdan atəş açıb, həm də bıçaqla insanlara hücum edib. Daha sonra o, hadisə yerindən uzaqlaşıb.
Həmin şəxsin keçmiş polis əməkdaşı olduğu müəyyən edilib. Hazırda polis silahlı şəxsin axtarışlarını həyata keçirir.