...

Qazaxıstanda Ərdoğanla Putinin görüşü keçirilir

Dünya xəbərləri Materials 13 Oktyabr 2022 15:04 (UTC +04:00)
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstanın paytaxtı Astanada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında görüş keçirilir.

Trend-in məlumatına görə, liderlər bir sıra regional məsələləri müzakirə edib.

Qeyd olunur ki, Türkiyə, Rusiya, Ukrayna və BMT rəsmiləri arasında əldə olunmuş sazişə əsasən fəaliyyət göstərən taxıl dəhlizi ilə daşımalar uğurla davam etdirilir.

Bundan başqa, V.Putin və R.T.Ərdoğan "Türk axını" qaz xətti ilə təbii qaz nəqlinin fasiləsiz davam etdiyini vurğulayıb.

Eyni zamanda, Türkiyədə inşası davam etdirilən Akkuyu atom elektrik stansiyasının ilk reaktorunun 2023-cü ilin ilk yarısında işə salınacağı bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti