...

ABŞ dövlət katibi Türkiyədə mədəndə baş verən qəza ilə bağlı başsağlığı verib

Dünya xəbərləri Materials 16 Oktyabr 2022 06:01 (UTC +04:00)
ABŞ dövlət katibi Türkiyədə mədəndə baş verən qəza ilə bağlı başsağlığı verib

Bakı. Trend:

ABŞ dövlət katibi Entoni Blinken Türkiyədə kömür mədənində baş verən partlayış nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.

Trend xəbər verir ki, bu barədə E.Blinken şənbə günü özünün "Twitter" səhifəsində yazıb.

"Türkiyənin Bartın əyalətində mədəndə partlayış nəticəsində faciəvi şəkildə insanların ölümü bizi kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik", - deyə E.Blinken bildirib.

Xatırladaq ki, oktyabrın 14-ü Türkiyənin Bartın əyalətində kömür mədənində partlayış baş veribş Hadisə nəticəsində 41 nəfər həlak olub, 11 nəfər isə yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti