...

Livan prezidenti İsraillə dəniz sərhədinin demarkasiyası barədə sazişi imzalayıb

Dünya xəbərləri Materials 27 Oktyabr 2022 12:39 (UTC +04:00)
Livan prezidenti İsraillə dəniz sərhədinin demarkasiyası barədə sazişi imzalayıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Livan prezidenti Mişel Aun İsraillə dəniz sərhədinin demarkasiyası barədə sazişi imzalayıb.

Trend-in məlumatına görə, imzalanma cümə axşamı ABŞ Dövlət Departamentinin baş müşaviri Eymos Hokstinin iştirakı ilə baş tutub.

İsrail tərəfi demarkasiya sazişini bu ayın əvvəlində imzalamışdı.

Yaxın zamanlarda tərəflər arasında BMT-nin vasitəçiliyi ilə imzalanmış sənədlərin mübadiləsi proseduru keçiriləcək. İsrail və Livan rəsmi şəkildə müharibə vəziyyətində olduqları üçün sənədlər birbaşa deyil, vasitəçilərin iştirakı ilə mübadilə olunacaq.

Qeyd edək ki, İsraillə Livan arasında əsasən Aralıq dənizindəki qaz yataqlarının istifadəsi ilə bağlı mübahisələr yaranırdı. İki ölkə arasında dəniz sərhədi 860 kvadrat kilometr ərazini əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti