Bakı. Trend:
"Twitter" sosial şəbəkəsinin sahibi olan Amerikanın eyniadlı şirkəti öz platformasında pullu funksiyalar, o cümlədən tanınmış istifadəçilərə şəxsi mesajlar göndərməyinə görə ödənişin tələb olunması imkanlarını tətbiq etməyi düşünür.
Trend-in məlumatına görə, bu barədə "The New York Times" qəzeti mənbələrə istinadən bildirib.
Məlumata əsasən, əlavə olaraq, ayrı-ayrı videolara baxmaq ödənişli funksiyalar kimi nəzərdən keçirilir. Ödənişli funksiyalarla bağlı müzakirələr şirkətin İlon Mask tərəfindən alınmasından dərhal sonra başlayıb.
Nəşrin məlumatına görə, İ.Mask razılaşmanı başa çatdırmaq üçün yüksək faizlə 13 milyard dollar kredit götürdüyü üçün bu tədbirlər tez qazanc əldə etmək məqsədi daşıyır.