...

Arizonada aralıq seçkilərdə rekord sayda latın amerikalı seçici səs verəcək

Dünya xəbərləri Materials 4 Noyabr 2022 11:42 (UTC +04:00)
Arizonada aralıq seçkilərdə rekord sayda latın amerikalı seçici səs verəcək
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Finiks. Trend:

ABŞ-ın Seçilmiş və Təyin Olunmuş Latın Amerikalı Şəxslər Milli Assosiasiyasının hesablamalarına əsasən, Arizona ştatında aralıq seçkilərdə 644 600 latın amerikalı seçici iştirak edəcək ki, bu da rekord göstəricidir.

Trend-in müxbiri cümə günü xəbər verir ki, bunu Arizona Dövlət Universitetinin Trans-sərhəd Tədqiqatlar Məktəbinin direktoru İrasema Koronado brifinq zamanı deyib.

O qeyd edib ki, Arizonada 1,3 milyon latın amerikalı seçici yaşayır, bütün ABŞ üzrə isə bu göstərici 34,5 milyon nəfər təşkil edir.

İ.Koronado əlavə edib ki, Arizonada seçicilərin təxminən 25 faizi latın amerikalıdır.

"Arizonada latın amerikalıların 53 faizi demokrat, 28 faizi respublikaçı yönümlüdür, 18 faizi seçici siyasi mənsubiyyətini müəyyənləşdirməyib. Latın amerikalı seçicilərin təxminən 73 faizi Donald Trampın milli siyasi fiqur kimi qalmasını istəmir", - deyə o bildirib.

Qeyd edək ki, ABŞ Senatına və Konqresinə aralıq seçkiləri noyabrın 8-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti