...

Ətraf mühitin mühafizəsi Arizonada müstəqil seçicilər üçün başlıca prioritetdir - Sorğu

Dünya xəbərləri Materials 4 Noyabr 2022 12:51 (UTC +04:00)
Ətraf mühitin mühafizəsi Arizonada müstəqil seçicilər üçün başlıca prioritetdir - Sorğu
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Finiks. Trend:

Ətraf mühitin mühafizəsi Arizonada aralıq seçkilərdə müstəqil seçicilər üçün başlıca prioritetdir.

Trend-in müxbiri cümə günü xəbər verir ki, bunu Arizonanın Gələcəyi üçün Mərkəzin prezidenti Sibil Frensis brifinq zamanı deyib.

"Ekoloji problemlər müstəqil seçicilər tərəfindən ən yüksək dəstək səviyyəsinə malikdir. Onlardan təxminən 98 faizi uzunmüddətli su təchizatının təmin olunmasına çağırır, 98 faizi havanın keyfiyyətinin yaxşılaşdırılmasına diqqət yönəldir, 95 faiz seçici üçün isə Arizonanın çaylarını, vəhşi təbiətini qorumaq vacibdir", - deyə o bildirib.

S.Frensis əlavə edib ki, arizonalı seçicilər həmçinin su ehtiyatlarının dayanıqlılığı məsələsi ilə bağlı narahatlıqlarını ifadə edir.

Qeyd olunub ki, bu məsələlərlə bağlı sorğular aprel və avqust aylarında keçirilib.

Xatırladaq ki, ABŞ Senatına və Konqresinə aralıq seçkiləri noyabrın 8-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti