...

Ümid edirəm ki, aralıq seçkilər nəticəsində demokratlar çoxluğu saxlaya biləcək - Stiven Sluqoski

Dünya xəbərləri Materials 5 Noyabr 2022 16:08 (UTC +04:00)
Ümid edirəm ki, aralıq seçkilər nəticəsində demokratlar çoxluğu saxlaya biləcək - Stiven Sluqoski
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Finiks. Trend:

Ümid edirəm ki, aralıq seçkilər nəticəsində demokratlar Nümayəndələr Palatası və Senatda çoxluğu saxlaya biləcək.

Trend-in müxbiri xəbər verir ki, bunu şənbə günü Finiks şəhərində jurnalistlərə Demokratlar partiyasından Marikola dairəsinin keçmiş sədri Stiven Skuqoski deyib.

"Ümid edirəm ki, biz səs çoxluğu əldə edəcəyik və Arizona ştatında, eləcə də ölkədə hər kəsin rifahı naminə işimizi davam etdirəcəyik. Tarixən elə alınıb ki, aralıq seçkilər hakim partiya üçün arzuolunmaz başa çatıb. Amma ümid edirəm ki, biz bu tendensiyaya müqavimət göstərə və Konqresdə çoxluğu saxlaya biləcəyik", - deyə o bildirib.

S.Sluqoski əlavə edib ki, benzinin bahalaşması və artan inflyasiya ilə bağlı problemlərin aradan qaldırılması başlıca çağırışlar olsa da, bunlar qlobal xarakter daşıyır.

O hesab edir ki, respublikaçılar dövlət quruluşuna zərər vurar, ölkədə bəzi azadlıqları və təminatları ləğv edə bilərlər.

"Bundan başqa, biz bilirik ki, respublikaçılar zənginlər üçün vergiləri azaltmaq istəyir. Onlar orta təbəqəyə kömək etmək istəmir. Onlar İlon Mask kimi şəxslərə və meqakorporasiyalara, orta təbəqə hesabına rekord gəlirlər əldə edənlərə kömək etmək istəyirlər. Mən isə orta təbəqəyə kömək etməklə ölkədə hər kəsin rifahının təmin olunmasını istəyirəm", - o deyib.

Xatırladaq ki, ABŞ Senatına və Konqresinə aralıq seçkiləri noyabrın 8-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti