...

İlkin məlumatlar Rusiyanın Polşaya raket zərbəsi ilə bağlı iddiaları təkzib edir - Bayden

Dünya xəbərləri Materials 16 Noyabr 2022 06:07 (UTC +04:00)

Bakı. Trend:

İlkin məlumatlar Rusiyanın Polşaya raket zərbəsi ilə bağlı iddiaları təkzib edir.

Trend xəbər verir ki, bunu çərşənbə günü ABŞ prezidenti Co Bayden Balidə bir sıra ölkənin lideri ilə görüşdən sonra bildirib.

"Bunu inkar edən ilkin məlumatlar var. Hər şeyi araşdırana qədər bunu demək istəmirəm", - deyə C.Bayden "raketin Rusiyadan atıldığını söyləmək üçün tez deyil?” sualına cavabında deyib.

"Trayektoriya baxımından onun Rusiyadan atılması ehtimalı azdır, amma görəcəyik", - deyə C.Bayden əlavə edib.

Xatırladaq ki, ötən gün Polşanın Pşevoduv kəndi ərazisinə raket düşüb. Hadisə nəticəsində 2 Polşa vətəndaşı həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti