...

"Bayraktar Kızılelma” pilotsuz təyyarəsinin kütləvi istehsalı 2023-cü ilin sonunda başlayacaq - Ərdoğan

Dünya xəbərləri Materials 26 Noyabr 2022 21:11 (UTC +04:00)
"Bayraktar Kızılelma” pilotsuz təyyarəsinin kütləvi istehsalı 2023-cü ilin sonunda başlayacaq - Ərdoğan

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir sıra iri infrastruktur və müdafiə obyektlərinin açılış mərasimində iştirak etmək üçün şənbə günü Konya vilayətinə gəlib.

Trend xəbər verir ki, R.T.Ərdoğan Konyada Ədalət və İnkişaf Partiyasının (AKP) toplantısında çıxış edib.

Türkiyə dövlət başçısı bildirib ki, Qara dəniz buğdasından yüksək keyfiyyətli un hazırlanır və yoxsul ölkələrə göndəriləcək.

R.T.Ərdoğan Türkiyənin ən böyük infrastruktur layihələri mövzusuna toxunub. Xüsusilə İstanbul kanalı ilə bağlı Türkiyə Prezidenti bu açıqlamanı verib: "Martın 18-də Çanaqqala körpüsünü açdığımız kimi, İstanbul kanalını da inşa edəcəyik”.

"Yerli pilotsuz “Kızılelma” qırıcısının kütləvi istehsalı 2023-cü ilin sonlarına doğru başlanacaq", - deyə R.T.Ərdoğan bildirib.

Onun sözlərinə görə, Türkiyə qışa tam hazırdır.

"Avropa ölkələri enerji böhranı ilə məşğul olarkən biz qışa rahatlıqla giririk", - deyə R.T.Ərdoğan bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti