...

Ağ Ev Fransanı ABŞ üçün vacib tərəfdaş adlandırıb

Dünya xəbərləri Materials 29 Noyabr 2022 01:42 (UTC +04:00)
Ağ Ev Fransanı ABŞ üçün vacib tərəfdaş adlandırıb

Bakı. Trend:

Fransa ABŞ-ın vacib tərəfdaşı və ən qədim müttəfiqidir.

Trend xəbər verir ki, bu barədə bazar ertəsi Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

"Bu, (səfər - red.) Vaşinqton administrasiyasının xarici siyasətə yanaşmasının əsas komponentini, yəni ittifaqları vurğulamaq üçün bir fürsətdir. Fransa həyati vacib qlobal tərəfdaşdır və əlbəttə ki, ABŞ-ın ən qədim müttəfiqidir", - deyə C.Kirbi bildirib.

C.Kirbi ABŞ və Fransa arasında iqtisadi əməkdaşlığı, eləcə də iki ölkənin müdafiə və təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətini də qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti