...

ABŞ iqtisadiyyatında resessiya riski var

Dünya xəbərləri Materials 12 Dekabr 2022 09:38 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-nin maliyyə naziri Canet Yellen 2023-cü ildə ölkə iqtisadiyyatında durğunluq riskinin olduğunu bildirib.

Trend TASS-a istinadən xəbər verir ki, o, hadisələrin belə bir inkişafını qaçılmaz hesab etmədiyini deyib.

“Resessiya riski var, lakin bu, mənim fikrimcə, inflyasiyanın aşağı salınması üçün mütləq şərt deyil”, - deyə C.Yellen bildirib.

Eyni zamanda, o hesab edir ki, gələn ilin sonuna qədər gözlənilməz şoklar olmasa, inflyasiya xeyli aşağı düşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti