...

Avstraliyada atışma olub, ölənlər var

Dünya xəbərləri Materials 12 Dekabr 2022 17:44 (UTC +04:00)
Avstraliyada atışma olub, ölənlər var

Bakı. Trend:

Avstraliyanın Kvinslend ştatında atışma olub.

Trend xəbər verir ki, polisə açılan atəş nəticəsində 3 nəfər dünyasını dəyişib. Onlardan biri sıravi vətəndaşdır. Daha iki polis əməkdaşı isə yaralanıb. Onlar xəstəxanda həkim nəzarətindədirlər.

İnsidentlə əlaqədar fövqəladə vəziyyət elan edilib. Hadisəni törədənlərin axtarışları davam etdirilir.

Sakinlərə evdən çölə çıxmamaq tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti