...

ABŞ Senatı "TikTok"un federal iş cihazlarında qadağan edilməsi təşəbbüsünü təsdiqləyib

Dünya xəbərləri Materials 15 Dekabr 2022 07:01 (UTC +04:00)
ABŞ Senatı "TikTok"un federal iş cihazlarında qadağan edilməsi təşəbbüsünü təsdiqləyib

Bakı. Trend:

ABŞ senatorları çərşənbə günü "TikTok" sosial şəbəkəsinin ABŞ federal hökumət qurumlarına məxsus iş elektron cihazlarında istifadəsini qadağan edən qanun layihəsini təsdiqləyiblər.

Trend xəbər verir ki, qərarın qəbul edildiyi iclas qanunverici orqanının yuxarı palatasının saytında yayımlanıb.

Respublikaçı senator Coj Houli (Missuri ştatından) tərəfindən hazırlanmış sənədin mətninə əsasən, proqram federal agentliklərə məxsus iş cihazlarından silinməlidir. Sənəd həmçinin "TikTok"un gələcəkdə yüklənməsini və bu cihazlarda istifadəsini qadağan edir.

Senat tərəfindən yekdilliklə qəbul edilən qanun layihəsi indi prezident Co Bayden tərəfindən imzalanmadan əvvəl ABŞ Nümayəndələr Palatasında nəzərdən keçirilməli olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti