...

Britaniya xəzinəsi 11 milyard dollar itirib

Dünya xəbərləri Materials 16 Dekabr 2022 13:15 (UTC +04:00)

Bakı. Trend:

Britaniya xəzinəsinə daxilolmalar 9 milyard funt-sterlinq (təxminən 11 milyard dollar) azalıb.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Milli Audit İdarəsinin (NAO) hesabatında məlumat yayılıb.

Bildirilir ki, buna səbəb 2021-2022-ci maliyyə ilində (martda başa çatıb) mümkün vergi pozuntuları ilə bağlı araşdırmaların sayının kəskin azalmasıdır.

Vergilər və Gömrük Ödənişləri Departamentinin (HMRC) məlumatına görə, 2019-2020-ci illərdə 700 araşdırma aparıldığı halda, ötən maliyyə ilində 163 belə işə baxılıb. 2021-2022-ci illərdə HMRC tərəfindən toplanan vergilərin ümumi məbləği 731,1 milyard funt sterlinq təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 9 milyard funt-sterlinq (təxminən 11 milyard dollar) azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti