...

Peruda polislə toqquşmalar zamanı ölənlər var

Dünya xəbərləri Materials 17 Dekabr 2022 12:28 (UTC +04:00)
Peruda polislə toqquşmalar zamanı ölənlər var

Bakı. Trend:

Perunun mərkəzində Junin departamentində etirazçılarla polis arasında toqquşma olub.

Trend TASS-a istinadən xəbər verir ki, nəicədə 3 nəfər ölüb, 50-dən çox adam yaralanıb. Yaralılardan 43-ü mülki şəxs, 9-u polis əməkdaşıdır.

Xatırladaq ki, dekabrın 7-də prezident Pedro Kastilyo ölkə parlamenti tərəfindən vəzifəsindən uzaqlaşdırıldıqdan sonra Peruda genişmiqyaslı etirazlar başlayıb. Aksiyaçılar parlamentin fəaliyyətini dayandırmağı və ümumi seçkilərin vaxtından əvvəl keçirilməsini tələb edirlər. Hökumət əleyhinə nümayişlər zamanı toqquşmalar 20-dən çox insanın həyatına son qoyub, yüzlərlə insan yaralanıb. Etirazlardan sonra təhsil və mədəniyyət nazirləri Patrisiya Korra və Jair Peres Branyes istefa veriblər.

Çərşənbə günü müdafiə naziri Alberto Otarola Peruda 30 günlük fövqəladə vəziyyət elan edib. Onun sözlərinə görə, belə bir addım asayişi bərpa etmək və əhalinin hüquqlarını təmin etmək üçün lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti