Bakı. Trend:
“Hawaiian Air” aviaşirkətinə məxsus təyyarə ABŞ-ın Arizona ştatından Havay adalarının paytaxtı Honoluluya gedərkən burulğana düşüb.
Trend xəbər verir ki, təyyarə təxminən 30 dəqiqə ərzində burulğanda qalıb. Nəticədə 278 sərnişin və 10 ekipaj üzvündən 11-i ağır olmaqla 36 nəfər yaralanıb.
Yaralılardan bəzilərinə Honolulu hava limanında ilkin tibbi yardım göstərilib, bəziləri isə xəstəxanaya yerləşdirilib. Onların arasında 14 aylıq körpə də var.