Bakı. Trend:
Londonda restoranların birində Milad şənliyində 200-dək insan dəm qazından kütləvi şəkildə zəhərlənib.
Trend xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb.
Restoran işçisinin sözlərinə görə, insanlar qəfil özlərini pis hiss edib və təcili yardım çağırılıb.
Zəhərlənənlər ürəkbulanma və başgicəllənmə şikayətləri ilə şəhərin müxtəlif klinikalarına yerləşdiriliblər. Həkimlər xəstəxanalara yerləşdirilənlərin hamısının orqanizmində yüksək miqdarda dəm qazı olduğunu müəyyən ediblər.
Nəticədə bəzi xəstələr reanimasiyaya yerləşdirilib.