Bakı. Trend:
ABŞ-da koronavirusun omikron ştammının yeni variantına yoluxma halları 18%-ə yüksəlib.
Trend “Royters”ə istinadən xəbər verir ki, ölkənin şimal-şərqində COVID-19 hallarının 50%-dən çoxu omikron ştammının yeni alt növüdür. Tətil səyahətləri fonunda yoluxma hallarının artacağı istisna edilmir.
Qeyd edək ki, ötən həftə ABŞ-da omikrona yoluxma halları ümumi yoluxmanın 11,2 faizini təşkil edirdi.