...

Los-Ancelesdən Almaniyaya uçan təyyarə noutbukun yanması səbəbindən məcburi eniş edib

Dünya xəbərləri Materials 27 Dekabr 2022 19:33 (UTC +04:00)

Bakı. Trend:

Los-Ancelesdən Frankfurta uçan "Lufthansa" aviaşirkətinə məxsus təyyarə sərnişinlərdən birinin noutbukunun alovlanması səbəbindən Çikaqo hava limanına məcburi eniş edib.

Trend xəbər verir ki, bu barədə Çikaqonun "ABC 7" telekanalı məlumat yayıb.

Bildirilir ki, təyyarə Çikaqonun O'Hara Beynəlxalq Hava Limanında ehtiyat tədbiri olaraq plansız eniş edib.

Aviaşirkətin yaydığı məlumatda qeyd olunur ki, təyyarə eniş etməmiş baş vermiş yanğın söndürülüb. Sərnişinlərdən xəsarət alan olmasa da, tüstü səbəbindən bələdçilərdən ikisinə tibbi yardım göstərilib. Aviaşirkət sərnişinləri təyinat nöqtəsinə çatdıracaqlarına söz verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti