Bakı. Trend:
Braziliyalı üçqat dünya çempionu Pele ilə vida mərasimi ona doğma olan “Santos” futbol klubunun San-Paulu ştatının eyniadlı şəhərindəki stadionunda keçiriləcək.
Trend xəbər verir ki, mərasimin gün yarım davam edəcəyi gözlənilir.
Pelenin cənazəsi olan tabutun 1956-cı ilin noyabrında “Santos” ilə debüt etdiyi meydanın ortasına qoyulması planlaşdırılır.
Pele dünyanın ən hündür şaquli qəbiristanlığı kimi Ginnesin Rekordlar Kitabına düşən Ekumenika nekropolunun ərazisində dəfn olunacaq.