...

Türkiyədə restoranda partlayış olub, 7 nəfər ölüb

Dünya xəbərləri Materials 30 Dekabr 2022 17:46 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin Aydın şəhərində yerləşən restoranlardan birində partlayış baş verib.

Trend-in Türkiyə KİV-nə istinadən məlumatına görə, hadisə nəticəsində 7 nəfər ölüb. 4 nəfərin isə yaralandığı bildirilir.

Məlumata görə, hadisə yerli vaxtla saat 15:15-də Nazilli rayonu, Altıntaş məhəlləsi, Kıbrıs prospektində dönər firmasına məxsus 2 mərtəbəli restoranın mətbəx hissəsində olub.

Hadisə yerinə çox sayda xilasetmə, həkim və polis qrupları cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti