...

“Baykar” şirkəti məhsullarını 27 ölkəyə ixrac edəcək

Dünya xəbərləri Materials 2 Yanvar 2023 23:35 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin “Baykar” şirkəti 18 ölkə ilə yeni ixracat anlaşması imzalayıb.

Trend xəbər verir ki, bu barədə şirkətin rəsmi tviter hesabında paylaşım edilib.

Bildirilir ki, “Baykar” 2022-ci ildə istehsal etdiyi məhsulların ixracatından 1,18 milyard dollar gəlir əldə edib.

Məlumata əsasən, şirkətin gəlirlərinin 99,3 faizini ixrac təşkil edir.

Qeyd edilir ki, son bir il ərzində 18 yeni ölkə ilə ixrac müqaviləsi imzalanıb və ümumilikdə “Baykar” PUA xəttinə maraq göstərən dövlətlərin sayı 27-yə çatıb.

Xəbər lenti

Xəbər lenti