...

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri ikinci turda da seçilə bilməyib

Dünya xəbərləri Materials 4 Yanvar 2023 03:31 (UTC +04:00)
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri ikinci turda da seçilə bilməyib

Bakı. Trend:

Respublikaçılar Partiyasının lideri Kevin Makkarti ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri üçün keçirilən seçkilərin ikinci turunun nəticələrinə görə, yenidən əksəriyyətin dəstəyini ala bilməyib.

Trend-in məlumatına görə, onun əsas rəqibi - Demokratlar Partiyasının namizədi Xakim Cefris 212, Makkarti isə respublikaçıların aşağı palatada üstünlüyünə baxmayaraq, cəmi 203 səs toplayıb. Qələbə qazanmaq üçün 218 səs toplamaq lazım idi.

Ümumilikdə 19 respublikaçı öz liderini dəstəkləməyib, hamısı başqa bir partiya üzvünə - Cim Cordana səs verib. Namizədlərdən biri kifayət qədər səs toplayana qədər seçkilər davam edəcək.

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatasına spiker seçilməsi 100 ildə ilk dəfə birinci turda baş tutmayıb. Oxşar vəziyyət sonuncu dəfə 1923-cü ildə baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti