Bakı. Trend:
Türkiyənin Egey dənizində, Çanaqqalanın Ayvacık rayonu sahillərində 5 bal gücündə zəlzələ baş verib.
Trend xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Qeyd edilib ki, dəniz səthinin 14,95 kilometr dərinliyində olan zəlzələnin episentrinin Çanaqqalanın Ayvacık rayonundan 15,82 kilometr aralıda olduğu müəyyən edilib.
Zəlzələ İzmir və ətraflarında da hiss olunub.