...

Afinada Yunanıstanın son kralı II Konstantin vəfat edib

Dünya xəbərləri Materials 11 Yanvar 2023 05:04 (UTC +04:00)
Afinada Yunanıstanın son kralı II Konstantin vəfat edib

Bakı. Trend:

Yunanıstanın keçmiş kralı II Konstantin insult keçirərək Afinada vəfat edib.

Trend xəbər verir ki, bu barədə çərşənbə günü axşam "Newsbomb" portalı məlumat yayıb.

82 yaşlı keçmiş monarx Afinadakı evində olarkən kəskin insult keçirib və 7 gün ərzində paytaxtdakı "İgiya" xəstəxanasında reanimasiyada qalıb.

Xəstəxanada onunla birlikdə ailə üzvləri - həyat yoldaşı Anna-Mariya, uşaqları və bacısı olub.

Son illər keçmiş kralın səhhətində ciddi problemlər yaranıb. O, artıq keçmişdə insult keçirib və 2021-ci ilin dekabrında ona pnevmoniya və ağciyər ödemi diaqnozu qoyulub. O, eyni "İgiya" xəstəxanasında müalicə olunub. Sonra keçmiş monarx COVID-19 infeksiyası səbəbiylə xəstəxanaya yerləşdirilib, eyni zamanda o, hərəkətlərindəki problemlərdən dolayı əlil arabasına düçar olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti