Bakı. Trend:
Rusiya qazının boru kəmərləri ilə Avropaya tədarükünün tamamilə dayandırılması və mayeləşdirilmiş təbii qaz idxalının azalması halında belə, Almaniyanın qaz anbarları 2023/24-cü ilin qışına qədər yenidən doldurula bilər.
Trend "Bild"ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın "Initiative Energien Speichern" yeraltı qaz və hidrogen anbarlarının operatorları qrupunun ekspertləri bildiriblər.
Ekspertlərin məlumatına əsasən, bu qış həddindən artıq aşağı temperatur üçün belə qaz qıtlığı təhlükəsinin qarşısı alınıb. Qeyd edilir ki, istehlaka qənaət bu proqnoz üçün fundament olub və gələcəkdə də bu tendensiya qorunmalıdır.
Ekspertlərin fikrincə, yanvar və fevral aylarında Almaniyanın anbarlarında qazın azalması davam edəcək, lakin aprel ayından operatorlar anbarları yenidən doldura biləcəklər.