...

İtaliya Baş nazirinin müavini Türkiyəyə səfər edəcək

Dünya xəbərləri Materials 13 Yanvar 2023 07:00 (UTC +04:00)

Bakı. Trend:

İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tajani bu gün Türkiyəyə gələcək.

Trend xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyindən verilən açıqlamada deyilir:“İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tajani 2023-cü il yanvarın 13-də ölkəmizə işgüzar səfər edəcək. Nazirimiz Mövlud Çavuşoğlu ilə qonaq nazir arasında keçiriləcək görüşlərdə cari regional və beynəlxalq hadisələr, eləcə də ikitərəfli münasibətlərimiz ətrafında fikir mübadiləsi aparılması nəzərdə tutulur''.

Səfər çərçivəsində İtaliya ilə Türkiyə arasında parlamentlərarası əlaqələrin inkişafının müzakirəsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti