...

“Volkswagen”in keçmiş rəhbəri dünyasını dəyişib

Dünya xəbərləri Materials 15 Yanvar 2023 21:33 (UTC +04:00)
“Volkswagen”in keçmiş rəhbəri dünyasını dəyişib

Bakı. Trend:

Almaniyanın "Volkswagen AG" avtomobil konserninin keçmiş baş direktoru Karl Horst Han 96 yaşında vəfat edib.

Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi Karl Han Xeyriyyə Fondunun nümayəndəsinə istinadən bildirib.

K.Han yanvarın 14-də Almaniyanın Volfsburq şəhərindəki evində yuxuda dünyasını dəyişib. Vida mərasimi yanvarın 24-nə təyin edilib.

Agentlik qeyd edib ki, "Volkswagen"in keçmiş rəhbərinin marketinq bacarıqları sayəsində "Käfer" (“Böcək”) avtomobili tarixdə ən çox satılan model oldu: 1945-ci ildən 2003-cü ilə qədər 21,5 milyon nüsxədən çox istehsal edilib.

O, 1982-ci ildə alman şirkətinin baş direktoru vəzifəsinə təyin edilib. K.Han 1993-cü ildə istefa verənə qədər "Volkswagen"i Avropada 1 nömrəli avtomobil istehsalçısına çevirə bildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti