Bakı. Trend:
Türkiyənin İzmir şəhərində 3,2 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.
Məlumata əsasən, yeraltı təkanlar saat 23.34-də qeydə alınıb. Zəlzələnin ocağı 12,3 kilometr dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.