...

Cənubi Koreyada əksər qapalı məkanlarda maska ​​taxmaq tələbi aradan qaldırılacaq

Dünya xəbərləri Materials 20 Yanvar 2023 07:06 (UTC +04:00)

Bakı. Trend:

Cənubi Koreya hakimiyyəti əksər qapalı məkanlarda maska ​​taxmaq tələbini aradan qaldırmaq qərarına gəlib.

Trend-in məlumatına görə, bu barədə "Yonhap" agentliyi xəbər verib.

Qeyd olunub ki, tələb yanvarın 30-dan götürüləcək. Eyni zamanda xəstəxanalarda, apteklərdə və ictimai nəqliyyatda maskaların taxılması məcburi olaraq qalacaq. Məcburi maska ​​rejimi ölkədə son zamanlarda COVID-19 ilə bağlı yeganə məhdudiyyətdir.

Ötən gün Cənubi Koreyada son üç ayda yeni koronavirusa yoluxma hallarında ən kiçik artım qeydə alınıb (29 816).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti