...

ABŞ senatoru TikTok-u ölkədə qadağan edən qanun layihəsi təqdim edəcək

Dünya xəbərləri Materials 24 Yanvar 2023 22:04 (UTC +04:00)
ABŞ senatoru TikTok-u ölkədə qadağan edən qanun layihəsi təqdim edəcək

Bakı. Trend:

ABŞ-ın respublikaçı senatoru Coş Houli ABŞ Senatına "TikTok" sosial şəbəkəsinin bütün ölkə ərazisində istifadəsini qadağan edən qanun layihəsi təqdim edəcəyini bildirib.

Trend-in məlumatına görə, bu barədə senator öz "Twitter" səhifəsində yazıb.

"Keçən ay Konqres "TikTok"un bütün hökumət cihazlarında istifadə edilməsini qadağan edib. İndi mən onun ölkə daxilində qadağan edilməsi üçün qanun layihəsi təqdim edəcəyəm", - deyə o bildirib.

Qeyd edək ki, 2022-ci il dekabrın sonunda ABŞ prezidenti Co Bayden ölkənin 2023-cü maliyyə ili üçün büdcəsini təsdiqləyib (1 oktyabrdan başlayıb). Bu sənədə, o cümlədən ABŞ hökumət işçilərinə iş cihazlarında "TikTok" sosial şəbəkə tətbiqindən istifadəni qadağan edən müddəa da daxildir. Həmin qanun layihəsini Senata C.Houli təqdim etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti