...

Serbiyanın xarici işlər naziri Türkiyəyə səfər edəcək

Dünya xəbərləri Materials 26 Yanvar 2023 00:04 (UTC +04:00)
Serbiyanın xarici işlər naziri Türkiyəyə səfər edəcək

Bakı. Trend:

Serbiyanın baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiç yanvarın 26-da Türkiyəyə səfər edəcək.

Trend xəbər verir ki, bu barədə Türkiyə XİN-in mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, səfər Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunun dəvəti ilə baş tutacaq.

Bildirilir ki, danışıqlar çərçivəsində Türkiyə və Serbiyanın XİN rəhbərləri ikitərəfli münasibətlərin aspektlərini və əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində atılacaq addımları müzakirə edəcəklər.

Müzakirələrin gündəliyinə cari regional və beynəlxalq proseslər də daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti