...

BMT-nin baş katibi Şərqi Qüdsdə törədilən terror aktını qətiyyətlə pisləyib

Dünya xəbərləri Materials 28 Yanvar 2023 03:49 (UTC +04:00)

Bakı. Trend:

BMT-nin baş katibi Antonio Quterreş Şərqi Qüdsdə sinaqoq yaxınlığında törədilən terror aktını qətiyyətlə pisləyib və hücumun Beynəlxalq Holokostu Anma Günündə törədildiyinə diqqət yetirib.

Trend-in məlumatına görə, bu barədə A.Quterreşin sözçüsü Stefan Düjarrikin açıqlamasında deyilib.

"BMT-nin baş katibi [Şərqi] Qüdsdə sinaqoq yaxınlığında fələstinli hücum edən şəxs tərəfindən törədilən və yeddi nəfərin ölümü və bir neçəsinin yaralanması ilə nəticələnən terror aktını kəskin şəkildə pisləyir", - deyə qeyd olunub.

Bildirilib ki, baş katib həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayır.

Xəbər lenti

Xəbər lenti