...

İranın Xoy rayonunda 116 nəfər dəm qazından zəhərlənib

Dünya xəbərləri Materials 5 Fevral 2023 13:54 (UTC +04:00)
İranın Xoy rayonunda 116 nəfər dəm qazından zəhərlənib
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

28 yanvarda İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy rayonunda zəlzələdən zərərçəkənlər üçün qurulan çadırlarda indiyədək dəm qazından 116 nəfər zəhərlənib.

Trend-in məlumatına görə, bunu İranın Qərbi Azərbaycan vilayəti tibb elmləri universitetinin rektor müavini Ehsan Rixtəgər deyib.

Onun sözlərinə görə, təkcə ötən sutka ərzində çadırlarda dəm qazından 11 nəfər zəhərlənib.

Rixtəgər əlavə edib ki, indiyədək çadırlarda dəm qazından zəhərlənmə ilə əlaqədar 2 nəfərin ölməsi qeydə alınıb.

Qeyd edək ki, 28 yanvarda İranın Qərbi Azərbaycan vilayətinin Xoy rayonunda saat 21:00 radələrində 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 3 nəfər ölüb, 1 167 nəfər xəsarət alıb. Zəlzələ nəticəsində 10 minə yaxın mənzilə ciddi ziyan dəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti