...

Türkiyədə fəlakət bölgəsindəki vilayətlərə 250 milyon lirə təcili yardım göndərildi

Dünya xəbərləri Materials 6 Fevral 2023 22:28 (UTC +04:00)
Türkiyədə fəlakət bölgəsindəki vilayətlərə 250 milyon lirə təcili yardım göndərildi
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Fəlakət bölgəsindəki vilayətlərə 250 milyon lirə təcili yardım göndərildi.

Trend-in məlumatına görə bunu Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) zəlzələ riski və zəlzələlərin azaldılmasl baş direktoru Orhan Tatar deyib.

“Hazırda bölgələrdə 9 min 688 şəxsi heyət xilasetmə işləri üzrə vəzifələrini yerinə yetirir. Fəlakət bölgəsindəki vilayətlərə 250 milyon lirə təcili yardım göndərildi”,- deyə o bildirib.

Xatırladaq ki, bu gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti