...

Türkiyədə məktəblər 20 fevrala qədər bağlı olacaq

Dünya xəbərləri Materials 9 Fevral 2023 18:18 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin 81 rayonunda məktəblər 20 fevrala qədər bağlı olacaq.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin milli təhsil naziri Mahmut Özər məlumat verib.

O, ölkə daxilində məktəblərin fevralın 20-nə qədər təhsili dayandıracağını açıqlayıb.

Bundan öncəki qərara görə, məktəblər fevralın 13-nə qədər bağlanmışdı.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Xeyli sayda insan həlak olub və yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti