Bakı. Trend:
Kipr Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Nikos Xristodulidis ölkədə keçirilən prezident seçkilərinin ikinci turunda rəqibi, Kiprin yunan tərəfinin adada nizamlanma üzrə keçmiş baş müzakirəçisi və Kiprin BMT-dəki keçmiş daimi nümayəndəsi Andreas Mavroyannisi məğlub edərək qalib gəlib.
Trend xəbər verir ki, bülletenlərin 99,5%-ni hesablandıqdan sonra N.Xristodulidis 51,9%, Mavroyannis isə 48,1% səs toplayıb.
Belə ki, keçmiş XİN rəhbəri artıq məğlubiyyətini etiraf etmiş rəqibi üçün əlçatmaz olub.