Bakı. Trend:
ABŞ prezidenti Co Bayden Varşavaya gözlənilən səfəri çərçivəsində NATO-nun şərq cinahının liderləri ilə görüşmək niyyətindədir.
Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib.
"Prezident bazar ertəsi axşam Varşavaya gedəcək və burada Polşa prezidenti [Anjey Duda] və NATO-nun şərq cinahının liderləri ilə görüşərək ABŞ-ın alyansın təhlükəsizliyinə sarsılmaz dəstəyini təsdiqləyəcək", - deyə mətbuat katibi qeyd edob.