Bakı. Trend:
Braziliyanın San-Paulu ştatında tropik siklonun səbəb olduğu leysan yağışları nəticəsində ölənlərin sayı 40-a çatıb.
Trend xəbər verir ki, bu barədə "Folha de S.Paulo" qəzeti məlumat yayıb. Daha əvvəl 36 nəfərin öldüyü bildirilidi.
Məlumata əsasən, tropik siklon çoxsaylı daşqınlara və torpaq sürüşmələrinə, yaşayış binalarının və infrastruktur obyektlərinin dağılmasına səbəb olub.
San-Paulu ştatının eyniadlı paytaxtını sahilyanı ərazilərlə və qonşu Rio-de-Janeyro ilə birləşdirən əsas magistral yollarda nəqliyyat əlaqələri kəsilib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, azı 40 nəfərin taleyi məlum deyil. 2,5 minə yaxın sakin evlərini itirib.