Bakı. Trend:
İtaliyada 4,6 bal gücündə zəlzələ baş verib.
Trend Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Maçerata şəhərindən 5 kilometr şimal-qərbdə, ocağı isə 2 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.