...

İranda 5,2 bal gücündə zəlzələ olub

Dünya xəbərləri Materials 21 Fevral 2023 10:42 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün yerli vaxtla 09:35 radələrində İranın cənubunda yerləşən Fars vilayətinin Larestan rayonunda 5,2 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzindən bildiriblər.

Məlumata görə, zəlzələ yerin 10 km dərinliyində qeydə alınıb.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti