...

Hatayda baş verən zəlzələdə yaralananların sayı 562 nəfərə çatıb

Dünya xəbərləri Materials 22 Fevral 2023 01:41 (UTC +04:00)
Hatayda baş verən zəlzələdə yaralananların sayı 562 nəfərə çatıb

Bakı. Trend:

Türkiyənin Hatay əyalətində baş verən zəlzələdə 6 nəfər ölüb, 562 nəfər yaralanıb.

Trend xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Onun sözlərinə görə, yaralılardan 18-nin vəziyyəti ağırdır.

Qeyd edək ki, fevralın 20-də Türkiyənin Hatay əyalətində 6,4 və 5,8 bal gücündə iki zəlzələ baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti