...

Kriptovalyuta birjasına haker hücumu olub

Dünya xəbərləri Materials 22 Fevral 2023 12:30 (UTC +04:00)
Kriptovalyuta birjasına haker hücumu olub
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

"Coinbase" kriptovalyuta birjasına haker hücumu olub.

Trend-in məlumatına görə, birja hücumu tez bir zamanda dəf edə bildiklərini açıqlayıb.

Bəzi əməkdaşların giriş məlumatları hakerlər tərəfindən ələ keçirilməyə cəhd olunsa da, onların istifadəçi hesablarına daxil olmaq mümkün olmayıb.

"Coinbase" tərəfindən verilən açıqlamada naməlum kiber hücumçuların fişinq üsulu ilə bəzi işçilərə SMS göndərdikləri və hesablarına daxil olmalarını istədikləri bildirilib.

Ciddi bir hücumdan son anda xilas olan "Coinbase" səlahiyyətliləri, hücumda istifadə edilən üsulun keçən il "Cloudflare"a hücum edən hakerlərin metodu ilə eyni olduğunu bildirərək lazımı sənədləri hüquq-mühafizə orqanlarına təqdim etdiklərini açıqlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti